Azedu.az

Oksford Universiteti Çində tədqiqat mərkəzi açıb  

Ali təhsil

22 Noyabr 2018, 16:50
Oksford Universiteti Çində tədqiqat mərkəzi açıb  

Dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Oksford Universiteti xaricdə fizika elmləri və mühəndislik sahəsi üzrə ilk tədqiqat mərkəzini Çində açıb.

AzEdu.az  xəbər verir ki, Sucou şəhərindəki sənaye parkında açılan mərkəz elə parkın qrantı hesabına yaradılıb. Mərkəzdə Oksford Universitetinin mühəndislik, fizika, kimya və materiallar bölmələrinin 12 alim-mütəxəssisinin rəhbərliyi altında müxtəlif istiqamətlər üzrə tədqiqat işləri aparılacaq. Alimlər ildə 2 ay müddətinə Sucouda elmi işlərə şəxsən rəhbərlik edəcəklər.

Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!
Son xəbərlərDaha çox