Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-24 08:21:13
Şagirdlərin təhsildə uğur əldə etməsi üçün vacib istiqamətlər - ARAŞDIRMA

“Akademik nailiyyət necə artır?” mövzusunda 5 əsas araşdırma aparılıb.

AzEdu.az saytı araşdırmaların nəticələrini təqdim edir:

Yaxşı nizamlanmış siniflər akademik nailiyyəti artırır

İngiltərənin Salford Universitetində aparılan araşdırmada yaxşı nizamlanmış siniflərin akademik nailiyyəti artırdığı ortaya çıxıb. 3 il ərzində 27 məktəbdə, 153 sinifdə tədqiqat keçirilib. 3 min 766 tələbənin daxil olduğu tədqiqatda yaxşı hava şəraiti, uyğun istilik və işığın akademik uğuru artırdığı müəyyən edilib. Əldə edilən nəticələrə görə, bunlar doğru şəkildə istifadə edilsə, tələbələrin öyrənmə bacarıqları 16 faiz artar. Universitetin araşdırmasına görə, siniflər soyuq olmamalı, təbii işıqdan istifadə edilməli, xaricdən gələn səs-küy minimuma endirilməli, şagirdlər sinfi özlərinə uyğunlaşdırmalı və sıx olmayan bir oturma sistemi yaradılmalıdır.

Tələbə xoşbəxtdirsə öyrənməyə həvəslidir

2015-ci ildə Harvard Universitetində aparılan araşdırmaya görə, xoşbəxt tələbələr öyrənməyə daha hazır olur. Eyni zamanda, özlərini məktəblərinə aid hiss edirlər, müəllim və həmyaşıdları ilə münasibətləri də daha yaxşı olur.

Video oyunları öyrənməyi artırırmı?

Son illərdə video oyunların xüsusilə, yeniyetmələr üzərindəki təsiri mövzusunda bir çox araşdırmalar aparılıb. 2014-cü ildə Strasburq Universiteti və Fransa Milli Təhsil Nazirliyinin yaş hesablaması 14.5 olan, 27 min 9-cu sinif şagirdləri arasında apardığı tədqiqatda video oyunu oynayanların  bacarıq və qiymətləri arasında heç bir əlaqə tapılmayıb. Yalnız bəzi tələbələrdə çox kiçik bir fərq ortaya çıxıb. Ancaq İngiltərədə Bristol Universitetinin rəhbərliyi video oyunlarının öyrənməyi necə artıra biləcəyi sualı ilə  yola çıxıblar. Nəticədə video oyunlarının beyindəki hafizə hissəsinə təsir etdiyi kəşf edilib. Yaddaşla akademik uğur arasında da bir əlaqə olduğu müəyyənləşib.

Daha çox ağac, daha zəkalı uşaqlar  

Berkli Kaliforniya, Pompeu Fabra və Los Anceles Kaliforniya ( UCLA) kimi bir çox universitetin tədqiqatçılarının 2 min 623 uşaq arasında apardığı təcrübədə "Yaşıl” ın uşaqların həyatındakı əhəmiyyətini göstərən maraqlı nəticələr əldə edilib. Elm insanları ilk növbədə uşaqların evlərinin ətrafında, məktəb yollarında və ətrafındakı yaşıl sahələri ölçüb. Nəticədə, məktəblərinin ətrafında yaşıl sahə olan uşaqların yaddaş və nəzərlərinin daha yaxşı olduğu aşkarlanıb.

Yaxşı məktəb mühiti uğurlu şagirdlər hazırlayır

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları əksəriyyəti ABŞ-da olmaq üzrə 78 məktəbdə araşdırma aparıblar. Məqsədləri yaxşı məktəb mühitinin, uşaqların uğuru üzərindəki təsirini müəyyən etmək olub. Tədqiqatda maraqlı fakt ortaya çıxıb. Özlərini məktəbə aid və təhlükəsiz hiss edən kasıb tələbələr, sosial-iqtisadi vəziyyəti yaxşı olanlara nisbətən daha uğurlu olurlar.

Əsmər Qabil