Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-23 13:00:55
İflic xəstəliyindən əziyyət çəkən şagird müalicə robotu ixtira etdi

 

Bilecik Ertuğrulgazi Anadolu Liseyinin şagirdi,  on yeddi yaşlı Ayşə Kudakçı anadangəlmə serebral iflicdən əziyyət çəkir. Sol əlini sərbəst hərəkət etdirə bilməyən, bu səbəbdən də on yeddi yaşınadək fizioterapiya alan gənc belə xəstələrin öz  evlərində müalicə ala bilmələri üçün robot kəşf edib.

AzEDU.az xəbər verir ki, “Splintmatik” adlı qurğu xəstənin əlinə bağlanaraq onu müalicə edir.  Alət hələlik yalnız əl üçün nəzərdə tutulsa da, Ayşə gələcəkdə bu qurğunu ayaq və çiyinlərə də tətbiq edəcəyini söyləyib. Düzəltdiyi robotla  Uludağ Universiteti və TÜBİTAK  tərəfindən həyata keçirilən “49. Lisey şagirdlərinin araşdırma layihəsi yarışması”nda iştirak edən Ayşə Kundakçının hədəfi birinci yeri qazanmaqdır.

Onun fizika müəllimi Asuman Çelik Ayşənin bu kəşfi haqqında yerli mətbuata açıqlamasında  maraqlı fikirlər irəli sürüb:

“Mənə serebral xəstələrin müalicələrini evdə davam etdirə bilmələri üçün belə bir layihəsi olduğunu bildirdi.  Mən də əlimdən gəldiyi qədər kömək etməyə çalışdım. Bu alət vasitəsilə belə xəstələrin müalicəsində xeyli irəliləyiş olacağını düşünürəm. Xəstələr bu qurğudan yalnız həkimlər icazə verdikdən sonar istifadə edə biləcəklər. Ümid edirəm ki, bu cihaz bütün serebral iflic xəstələri üçün faydalı olacaq”.

Ayşə Kundakçı yarışmada texnoloji dizayn sahəsində birinci olaraq Antaliyada təşkil olunacaq TÜBİTAK-ın finalında iştirak hüququ qazanıb.

 Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları