AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
15 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq:
15 avqust 1992-ci ildə ilk Azərbaycan manatı buraxılmışdır:
Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.
1867-ci il 15 avqustda 1905-1911-ci illər İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, xalq qəhrəmanı Səttarxan dünyaya gəlib:
Gənc yaşlarından şah üsuli-idarəsinə qarşı döyüşən, 1905-ci ildən inqilabi hərəkata qoşulan, Təbrizin Əmirəqız məhəlləsi mücahidlərinin başçısı və “Həqiqət” Əncüməninin üzvü olan Səttarxan 1908-ci ildə 40 minlik şah qoşununu məğlubiyyətə uğradıb.
Üsyan yatırıldıqdan sonra Səttarxan 100 nəfərlik fədai dəstəsi ilə Tehrana gedib. Elə həmin il hökumət qoşunları qəflətən hücumla fədailəri tərksilah edib, Səttarxan ağır yaralanıb və uzun sürən xəstəlikdən vəfat edib.
15 avqust 1935-ci ildə Adolf Hitler almanlarla yəhudilərin evlənməsini qadağan etdi.
15 avqust 1461-ci ildə Trabzonu fəth edən Fateh Sultan Mehmet Trabzon-Yunan İmperiyasına son qoydu.
kitabı