Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-12 15:34:54
Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Musiqi sənəti istiqamətinin 71, 73, 74 və 96-cı qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən və qabiliyyət imtahanlarını Naxçıvan şəhərində verən abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Bildirilib ki, abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və “İmtahana buraxılış vərəqəsi”ni və “Proqram formasını” mütləq gətirməlidirlər.

 

Qeyd: 71, 73, 74, 96-cı qabiliyyət imtahanı komissiyalar üzrə imtahan proqramı mütləq konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Müşayiətsiz ifa qəbul edilmir.

 

Konsertmeysterlər buradan qeydiyyatdan keçə bilərlər.

 

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) aşağıdakı cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

 

Qrafiklə buradan tanış ola bilərsiniz. 

 

Qeyd edək ki, qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir.