Azedu.az

LDU-da elmi seminar keçirilib

12 İyul 2024, 12:50
LDU-da elmi seminar keçirilib

Lənkəran Dövlət Universiteti (LDU),  Dendrologiya İnstitutu, Gəncə Nəbatat bağı və Türkiyənin Siirt Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə və respublikamızda keçiriləcək  COP-29-la  bağlı “İqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri” mövzusunda  onlayn seminar keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, seminarda LDU-nun Sosial məsələlər üzrə prorektoru dos. Ramiz Şəmmədov, LDU-nun “Biologiya və ekologiya” kafedrasının əməkdaşları,  Dendrologiya istitutunun baş direktoru dos. Minarə Həsənova,  həmin institutun əməkdaşları, Siirt üniversitetinin əməkdaşlarından  dos. dr. Arzu Çığ ,  dos.dr. Fatih Çığ, Gəncə Nəbatat bağının əməkdaşları iştirak ediblər.

 

Onlayn seminarda SİİRT universitetinin dosenti Arzu Çığ və Fatih Çığın məruzələri dinlənilib. Məruzə ətrafında  LDU-nun doenti. Ramiz Şəmmədov, Gəncə Nəbatat bağının əməkdaşı, biologiya üzrə elmlər doktoru  Aynur Bayramova  və başqaları çıxış ediblər.

 

Sonda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox