"TİF olaraq bu fondun nizamnməsinə baxsaq müxtəlif mənbələrdən vəsaitlərin daxil olduğunu görmək olar".
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsilin İnkişafı Fondunun yaradılmasının 3 illiyi münasibəti ilə hesabat tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib.
"Orta hesabla 7-8 milyon manat vəsait fonda daxil olur. Bunun artırılması ilə bağlı hazırda ən önəmli məsələ kapitalın idarə olunması proqramı üzərində işlənilməsidir. Yeri gəlmişkən qeyd edim ki, 2022-2023-cü illərdə audit hesabatı keçirilib".