Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-10 09:00:00
“Tarixdə bu gün” - 10 iyun necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

10 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

10 iyun Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun xatirə günüdür:

 

O, Bakı musiqi məktəbinin tar sinfində Üzeyir Hacıbəyli və Mansur Mansurovdan dərs alıb. Yaradıcılığında mahnı janrı əsas yer tutan Səid Rüstəmov Üzeyir Hacıbəylidən sonra Azərbaycan Dövlət Teleradiosunun Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri olub. Hazırda həmin orkestr bəstəkarın adını daşıyır.

 

Bəstəkar 1983-cü ilin bu günü 82 yaşında dünyasını dəyişib. 

 

10 iyun dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş, həm Qırğızıstan, həm də bütün türk dünyasının fəxri olan Çingiz Aytmatovun xatirə günüdür:

 

Çingiz Aytmatovun yaradıcılığının pik nöqtəsi “Əsrə bərabər gün” romanıdır. 1980-ci ildə yazdığı bu roman sovet ədəbiyyatının Qərb ədəbiyyatı ilə rəqabətdəki xüsusi çəkisini, hətta qələbəsini meydana qoydu.

 

Dünya ədəbiyyatının zirvəsinə yüksəlmiş Çingiz Aytmatovun əsərləri və baxışlarında milliliklə bəşərilik  vəhdət halındadır.

 

10 iyun “Ümumdünya Dondurma Günü”dür:


İlk dəfə dondurmanın kütləvi satışı ABŞ-da 10 iyun 1786-cı ildə başlanıldı. Buna görə rəsmi statusu olmayan bu bayram məhz bu gün qeyd olunur. 


Əlbəttə ki, dondurmanın yaranma tarixi qədim zamanlara dayanır. Təxminən 3000 il əvvəl Çində buz, qar və meyvə parçaları qarışığından sərinləndirici desertlər hazırlanırdı. Daha sonra süd və buz qarışdırılaraq bir resept ortaya çıxdı. Sonra Qədim İsrail və Yunanıstanda təravətləndirici desertlər hazırlanmağa başlanıldı.