Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-06 14:58:00
"İlin Gənc Müəllimi-2023" sorğu-müsabiqəsi davam edir - YENİLİK

Xəbər verdiyimiz kimi, müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2023" müsabiqəsində “TOP-10-luq” müəyyən edilib.

 

Müsabiqə AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə keçirilir.

 


Qeyd edək ki, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən, şagirdləri ilə ən yaxşı nəticə göstərən orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

 

Münsiflər tərəfindən gərgin rəqabət nəticəsində seçilən ən yaxşı 10 müəllimi - TOP-10-luğu sorğuya daxil etmişik.

 

Müəllimlərin sosial aktivliyini daha dəqiq şəkildə müəyyənləşdirmək, eyni zamanda səsvermədə iştirak edən müəllimlərin dəstək verənlərin sayını ictimaiyyətə göstərmək üçün sorğu müsabiqəsi AzEdu.az Təhsil Portalı ilə yanaşı sosial şəbəkələrdə də davam edəcək.

 

Vətəndaşlara aşağıdakı linklərə daxil olub, səhifələri izləyərək, paylaşılan postu “like” edib, səs vermək istədiyi “İlin gənc müəllimi”nin adını rəy bölməsinə qeyd etmələri tövsiyə olunur.

 

Facebook

 

İnstagram

 

Telegram

 

Səsvermədə iştirak edəcək ən yaxşı 10 müəllimi bir daha diqqətinizə çatdırırıq:

 

1. Elmira Ağayeva - Bakı şəhəri, Xətai rayonu 17 nömrəli tam orta məktəb;

2. İlahə Hüseynova - Qax rayonu Qaratala kənd tam orta məktəb;

3. Rəşad Hümbətov - Kəlbəcər rayon 28 saylı tam orta məktəb;

4. Şəfa Həsənova - Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəb;

5. Gülnarə Məmmədova - Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəb;

6. Xəzri Muradov - İsmayıllı rayonu Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəb;

7. Dünya Veysəlova – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəb;

8. Gülçöhrə Xəlilova - Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəb;

9. Aynur Əliyeva - Göyçay şəhər M.Füzuli adına 6 N-li tam orta məktəb;

10Lalə Əfəndizadə - Ağdaş rayon M. Şeyxzadə adına THT təmayüllü Gimnaziya.

 

Qeyd edək ki, sorğu 28 iyun 2024-cü il saat 00.00-dək davam edəcək.