Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmiş “Infomatrix” Beynəlxalq Robotexnika, Mühəndislik və Layihə Olimpiadasında 53 nömrəli tam orta məktəbin şagirdləri uğurla çıxış ediblər.
Məktəbdən AzEdu.az-a bildirilib ki, 8-ci sinif şagirdləri Möhsün Hüseynli və Əmirxan Atakişiyev 17 ölkədən 170-ə yaxın komandanın iştirak etdiyi olimpiadada “Mini Sumo” kateqoriyası üzrə qızıl medala layiq görülüblər.