Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-30 09:33:04
Bakıda ABŞ universitetlərinin sərgisi keçiriləcək

ABŞ-nin Azərbaycandakı səfirliyi iyunun 1-də Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almağa marağı olan orta məktəb və universitet tələbələri, eləcə də onların valideynləri üçün EducationUSA Məzun Sərgisini təşkil edəcək.

 

AzEdu.az xəbər verir ki, EducationUSA Məzun Sərgisində ABŞ səfirliyinin mübadilə proqramları və 35-dən çox ABŞ universiteti təmsil olunacaq.

 

Həmçinin, səfirliyin konsulluq xidmətinin əməkdaşları tələbə vizaları ilə bağlı məlumat verəcəklər.

 

Müvəqqəti işlər vəkili Hüqo Qevara tədbirdə açılış nitqi ilə çıxış edəcək.

 

Sərgi iyunun 1-i saat 11:00-dan 14:00-a kimi Landmark-ın Rotunda Zalında keçiriləcək.