Elm və təhsil naziri Emin Əmrullayev 21 iyun tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə nazirlikdən AzEdu.az-a bildirilib ki, qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 10 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.