Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-29 10:02:37
Elmdə ilk: Sağalmayan yaraları viruslarla müalicə etdilər

Qüdsdəki İvrit Universitetinin alimləri heyvanlarda antibiotiklərə davamlı infeksiyaların müalicəsində irəliləyiş olduğunu elan ediblər.

 

AzEdu.az xəbər verir ki, onlar pişiyi əməliyyatdan sonrakı yaraların sağalmasına mane olan və dərmanlara davamlı "Pseudomonas aeruginosa" bakteriyasından xilas edə biliblər.

 

Pişik hündürlükdən yıxılma nəticəsində əməliyyat olunub. Beş yaşlı siam pişiyi mikroorqanizmləri məhv edən spesifik bakteriofaq virusların köməyi ilə sağalıb. Onun pəncəsindəki yara 14 həftə ərzində tam müalicə olunub.

 

Alimlərin fikrincə, bu, heyvanlar üçün xilas ola bilər, çünki antibiotiklərə davamlı superbakteriyalar əməliyyatdan sonra ev heyvanlarının 8,5%-də müşahidə olunur.

 

Mənbə: gazeta.ru

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK