Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-29 09:54:39
“Tarixdə bu gün” - 29 may necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

29 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

29 may Ümumdünya Sağlam Qidalanma Günüdür:

 

Bgün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub. Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün Sağlam Qidalanma Günü elan edilməsi qərara alınıb.

 

29 may Beynəlxalq  BMT Sülhməramlıları Günüdür:

 

1948-ci il mayın 29-da BMT Təhlükəsizlik Şurasının qərarı ilə ilk sülhməramlı xidmət təşkil olundu. 2002-ci ildən başlayaraq 29 may Beynəlxalq Sülhməramlılar Günü kimi qeyd edilir.

 

29 may  1953-cü ildə Everestə ilk insan ayağı dəyib:

 

Yeni Zelandiya alpinisti Edmund Hillari və Nepaldan olan Tenzinq Norqay Everest zirvəsinə (8850) qalxan ilk insanlar olublar.  

 

29 may 1543-cü ildə Osmanlı padşahı Fateh Sultan Mehmet İstanbulu fəth edərək Şərqi Roma (Bizans) imperiyasına son qoydu:

 

İstanbulun fəthi Orta əsrin də axırı oldu.