Azedu.az

Bakalavrlar imtahana buraxılış vərəqəsini çap edə bilərlər

27 May 2024, 16:33
Bakalavrlar imtahana buraxılış vərəqəsini çap edə bilərlər

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb.

 

DİM-dən AzEdu.az-a  bildirilib ki, həmin proqramlara aid ixtisaslaşmaları seçən bakalavrlar bu gündən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. İmtahana buraxılış vərəqəsində imtahan binasının ünvanı və imtahana gəlmə vaxtı qeyd olunub.

 

Diqqət! Qabiliyyət imtahanlarının 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqram üzrə 1 iyun, 68 (Musiqi sənəti istiqaməti) saylı proqram üzrə isə 9 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur.

 

İmtahan qrafiki ilə ətraflı buradan tanış olmaq mümkündür.

 
SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox