Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-20 09:00:00
“Tarixdə bu gün” - 20 may...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

20 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

20 may Beynəlxalq İnsan Resursları Günüdür:

 

Beynəlxalq İnsan Resursları Günü Avropa İnsan İdarəedilməsi Assosiasiyası tərəfindən insan resursları peşəsinin əlamətdar gün kimi tanınması məqsədilə təsis edilib və 2019-cu ildən etibarən dünyanın müxtəlif ölkələrində hər il mayın 20-si xüsusi qeyd olunur.

 

Beynəlxalq İnsan Resursları Gününün qeyd olunmasında əsas məqsəd fərdi, təşkilat, milli və beynəlxalq səviyyədə insan resursları təcrübələrini tanınması, insan resursları peşəsinin hazırda verdiyi əhəmiyyətli töhfənin ictimailəşdirilməsi, insan resursları üzrə düşüncə və təcrübənin inkişaf etdirilməsi, insan kapitalının inkişafına töhfə verilməsidir.

 

20 may Ümumdünya Metrologiya Günüdür:

 

Ümumdünya Metrologiya Gününün tarixi 1875-ci ilin 20 mayından – Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.

 

Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.

 

 

20 may Ümumdünya Arı Günüdür:

 

BMT-nin Baş Assambleyasının 2017-ci ildə verdiyi qərara əsasən, 20 may tarixi Ümumdünya Arı Günü kimi qeyd edilir.

 

Məqsəd ekosistemdə arıların və digər tozlandırıcıların planetin və insanların sağlamlığı üçün daşıdıqları böyük əhəmiyyətə, eyni zamanda arıçılıq təsərrüfatlarının bu gün qarşılaşdıqları çoxsaylı problemlərə diqqət çəkməklə, bu barədə məlumatlılığı artırmaqdır.

 

 

20 may Ümumdünya Travmatoloq Günüdür:

 

Hər il mayın 20-si Ümumdünya Travmatoloq Günü qeyd edilir. Dünyada insanların travma xəsarətləri alması çox geniş yayılıb. Travmalardan qorunmaq üçün sağlamlığın qeydinə qalmaq, evdə, işdə, istehsalatda çalışarkən, nəqliyyat vasitələrini idarə edərkən və idmanla məşğul olan zaman təhlükəsizlik qaydalarına diqqət etmək vacibdir.