Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-17 11:54:41
İbtidai sinif müəllimliyi üzrə akkreditasiyası həyata keçirilir

14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir.

 

AzEdu.az  xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, cari ilin qrafikinə uyğun olaraq, ali təhsil müəssisələrinin institutsional, eyni zamanda, proqram akkreditasiyası həyata keçirilir. İdarə Heyətinin sədri qeyd edib ki, ixtisaslar üzrə akkreditasiya ölkəmizdə yenidir:

 

"İlk olaraq, ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir, təəssüf ki, ilkin məlumatı paylaşa bilmirik. Hazırda proses gedir. Tədrisi həyata keçirilən 14 müəssisədə bu proses il boyu həyata keçiriləcək".