Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-07 10:11:00
Gəncə-Daşkəsən bölgəsində bağçaların sayı...

Bölgələrdə, bağçaların sayının azlığı ilə bağlı tez-tez valideynlər narazılıq edirlər. 

 

AzEdu.az Təhsil Portalı olaraq bağçaların sayını öyrənmək məqsədi ilə sorğu keçiririk. Bu dəfəki sorğumuzu Gəncə-Raşkəsən Regional Təhsil İdarəsinə ünvanladıq.

 

İdarədən sorğumuza cavab olaraq bildirildi ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində 123 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:

 

Gəncə şəhəri üzrə təhsil sektorunda 42;

 

Göygöl rayonu üzrə təhsil sektoru  18;

 

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda 33;

 

Samux rayonu üzrə təhsil sektorunda 19; 

 

Daşkəsən rayonu üzrə təhsil sektoru isə 11 müəssisə mövcuddur.