Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-06 15:48:00
Bədən Tərbiyəsi və İdman Akademiyasının şəhid məzunları - TANIYAQ

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az təhsil portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən Röyanə Cəfərquliyeva bildirib ki, Vətən müharibəsi şəhidləri arasında ASAPES-in 16 məzunu var:

 

"Bunlar İqbal Astanlı, Rəşad Babayev, Muxtar Qasımlı, Pərvin Əlizadə, Siyavuş Muradov, Teymur Həsənov, Eldost Hüseynov. Fərid Məmmədov, Nəriman Əlizadə, Ramil Yusifzadə, Telman Ələkbərov, Urfan Orucov, Ramid Əliyev, Vüqar Əliyev, Elzar Yusubov və Cəmil Qurbanzadədir. Şəhid tələbə və məzunlarımızın  hər biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif edilib. Akademiya rəhbərliyinin qərarına əsasən, şəhid tələbə və məzunların xatirəsinin uca tutulması məqsədilə və sonsuz minnətdarlıq ifadəsi olaraq, onların hər birinin adına təqaüd təsis edilib, haqlarında Akademiya tərəfindən sənədli film çəkilib. 

 

Vətən fədailərimizin hər birinin adına auditoriyalarımız var. Daxili monitorlarda onlar haqqında davamlı məlumatlar verilir. Anım günlərində ailə üzvlərinin iştirakı ilə anım tədbiri təşkil edilir. Bundan başqa, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin şəhidlərimizə həsr edilmiş “Təhsildən səngərə, səngərdən əbədiyyətə...” adlı kitabı çap olunub".