
2018-03-21 10:04:21
Xaricdə oxuyan azərbaycanlı tələbələr: "Novruz şənliklərini, adətən, SOCAR təşkil edirdi"
Azərbaycanda Novruz bayramı həmişə olduğu kimi təntənəli şəkildə qeyd olunur. Bu milli bayramımız daim öz simvolları var, fərqliliyi ilə digər ölkə nümayəndələrinin diqqətini cəld edir. Bəs turistlərin Azərbaycana üz tutduğu bayram günlərində xaricdə təhsil alan azərbaycanlı tələbələr Novruzu ölkələrindən kənarda necə keçirirlər?
AzEDU saytı həmin tələbələr arasında sorğu keçirib:
Türkiyədə Səlçuq Universitetində təhsil alan Səkinə Sofuyeva bildirir ki,Novruz bayramı Türkiyədə Azərbaycandakı kimi qeyd olunmur. Səkinə deyir ki, orada ölkəmizdəki kimi bir ay əvvəldən hazırlıq görüldüyünün şahidi olmayıb:
"Bizdə qeyd olunan 4 çərşənbə Türkiyədə yoxdur. Burada sadəcə 21 Mart "Nevruz kutlaması" olur. Kutlama harada olacaqsa, elə orada Novruz tonqalı yandırılır üstündən tullanırlar. Milli geyimlər geyinirlər, yemək-içmək olur, amma bizdəki kimi Novruza məxsus yeməklərə rast gəlinmir. Məsələn, bizdə hər evdə şəkərbura, paxlava və s. mütləq bişirilir. Tədbirdə örgülü dəmir döyürlər, yumurta döyüşdürürlər.
Səkinənin sözlərinə görə, Azərbaycanda qapıya papaq atılır, amma Türkiyə uşaqlar qapını döyüb ev sahibindən özləri nəsə istəyirlər:
"Universitetlərdə də bayram qeyd olunur. Məsələn, Səlçuq Universitetində ayın 21-i tədbir olacaq. Bütün tələbələr öz ölkələrinin milli paltarlarını geyinib oyunlarını göstərəcəklər. Lakin bütün bunlara baxmayaraq, bayram abu-havasını dərindən hiss etmək üçün Azərbaycanda olmaq istəyirəm".
Türkiyədə təhsil alan Fuad Qasımov isə deyir ki, Türkiyədə Novruz bayramı qeyd edilmədiyinə görə, azərbaycanlı tələbələrə biraz çətin gəlir:
"Hazırda ailəmdən uzaq olduğum üçün mənə çətindir. Əlbəttə, onlarla birlikdə qeyd etmək istəyərdim. Bəzən dostlarımla yağışıb Ankarada yerləşən "Yahşi Cafe"ə gedib orada əylənirik. Gazi Universitetində isə, təəssüf ki, qeyd edilmir".
Şotlandiyanın Aberdeen Universitetində təhsil alan İsmayıl bildirir ki, xaricdə oxuduğu müddətdə bayrama bir-iki həftə qalmış universitetdə elan verirdik. O, deyir ki, akt zalını götürüb 1 ay öncədən Novruza hazırlaşırdıq:
"Milli rəqslər, musiqilər təşkil edir və Bakıdan yeməklər sifariş verirdik. Şirniyyatlar gətirilirdi. Hər il böyük tədbir keçirirdik. Xarici tələbələr, müəllimlər də gəlib iştirak edirdilər. Ayın 20- i isə uşaqlarla haradasa yığışırdıq.Britaniyada tonqal qalanmırdı. Hansı şəhərdə azərbaycanlı çox idisə orda ola bilsin tonqal qalasınlar, lakin mən şahidi olmamışam. Bizim şəhərdə azərbaycanlıların oxuduğu universitetlərin əksəriyyətində tədbirlər keçirilirdi.Tədbirlərin sponsorluğunu ya dövlət, ya da SOCAR edirdi. Adətən isə SOCAR öz boynuna götürürdü".
Digər tələbə Nigar Səmədlinin sözlərinə görə bayram universitetdə qeyd olunmur:
"Uşaqlar ev tutub bir araya gəlirlər,yemək hazırlayırlar. Təəssüf ki, bu il mən gədə bilmədim".
Əsmər Qabil
Bu bölməyə aid digər xəbərlər
BMU-nun basketbol komandası universitetlər arasında keçirilən yarışmada iştirak edib
2022-05-20 12:29:00
LDU-da maarifləndirici seminar keçirilib-FOTO
2022-05-20 11:57:00
BMU və “Azərbaycan Dəmir Yolları” QSC arasında sənəd imzalandı
2022-05-20 11:32:00
BMU-da elmi seminar keçirilib
2022-05-20 10:06:00
ADNSU-nun tələbələri beynəlxalq təhsil proqramında iştirak ediblər
2022-05-20 09:53:00
UNEC-in Maliyyə və mühasibat fakültəsinin nümayəndələri Bakı məktəblərində olublar
2022-05-19 13:47:00
Litva Respublikasının birinci xanımı UNEC-də olub - FOTOLAR
2022-05-18 13:55:00
BMU-nun prorektorları İsveçdə keçirilən seminarda iştirak edir
2022-05-17 15:55:00
BMU növbəti dəfə nüfuzlu “THE Impact Rankings” reytinq cədvəlində
2022-05-17 15:16:00
BMU-da “Kredit sistemi ilə tədrisin təşkili” mövzusunda təlim təşkil edilib
2022-05-17 14:38:00
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
2022-05-12 16:31:00
Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz-DİQQƏT

2022-05-13 14:10:00
Sertifikasiyada Azərbaycan dili fənnindən suallar bu MÖVZULARDAN düşəcək

2022-05-10 17:23:00
Məktəbdə tədris olunan bu fənlər birləşdirilə bilər - TƏHLİL

2022-05-12 13:14:00
“Müəllimlər sertifikasiyaya BU vəsaitdən hazırlaşmalıdırlar” – Direktor AÇIQLADI

2022-05-11 12:41:00
Buraxılış imtahanalarının Respublika birincisi: “Nəticəmlə bütün ölkədə fərqlənmək istəyirdim”-FOTOLAR

2022-05-12 13:26:00
Sertifikatlaşdırılmaya ilk olaraq bu MÜƏLLİMLƏR cəlb ediləcək

2022-05-16 17:02:00
İmtahanların apellyasiya nəticələri AÇIQLANDI- 668 şagirdin qiymətində dəyişiklik EDİLDİ

2022-05-16 09:36:00
Sertifikasiyada məzmun sahələri üzrə mövzular – İbtidai SİNİF

SORĞU
FACEBOOK