
2018-03-21 10:04:21
Xaricdə oxuyan azərbaycanlı tələbələr: "Novruz şənliklərini, adətən, SOCAR təşkil edirdi"
Azərbaycanda Novruz bayramı həmişə olduğu kimi təntənəli şəkildə qeyd olunur. Bu milli bayramımız daim öz simvolları var, fərqliliyi ilə digər ölkə nümayəndələrinin diqqətini cəld edir. Bəs turistlərin Azərbaycana üz tutduğu bayram günlərində xaricdə təhsil alan azərbaycanlı tələbələr Novruzu ölkələrindən kənarda necə keçirirlər?
AzEDU saytı həmin tələbələr arasında sorğu keçirib:
Türkiyədə Səlçuq Universitetində təhsil alan Səkinə Sofuyeva bildirir ki,Novruz bayramı Türkiyədə Azərbaycandakı kimi qeyd olunmur. Səkinə deyir ki, orada ölkəmizdəki kimi bir ay əvvəldən hazırlıq görüldüyünün şahidi olmayıb:
"Bizdə qeyd olunan 4 çərşənbə Türkiyədə yoxdur. Burada sadəcə 21 Mart "Nevruz kutlaması" olur. Kutlama harada olacaqsa, elə orada Novruz tonqalı yandırılır üstündən tullanırlar. Milli geyimlər geyinirlər, yemək-içmək olur, amma bizdəki kimi Novruza məxsus yeməklərə rast gəlinmir. Məsələn, bizdə hər evdə şəkərbura, paxlava və s. mütləq bişirilir. Tədbirdə örgülü dəmir döyürlər, yumurta döyüşdürürlər.
Səkinənin sözlərinə görə, Azərbaycanda qapıya papaq atılır, amma Türkiyə uşaqlar qapını döyüb ev sahibindən özləri nəsə istəyirlər:
"Universitetlərdə də bayram qeyd olunur. Məsələn, Səlçuq Universitetində ayın 21-i tədbir olacaq. Bütün tələbələr öz ölkələrinin milli paltarlarını geyinib oyunlarını göstərəcəklər. Lakin bütün bunlara baxmayaraq, bayram abu-havasını dərindən hiss etmək üçün Azərbaycanda olmaq istəyirəm".
Türkiyədə təhsil alan Fuad Qasımov isə deyir ki, Türkiyədə Novruz bayramı qeyd edilmədiyinə görə, azərbaycanlı tələbələrə biraz çətin gəlir:
"Hazırda ailəmdən uzaq olduğum üçün mənə çətindir. Əlbəttə, onlarla birlikdə qeyd etmək istəyərdim. Bəzən dostlarımla yağışıb Ankarada yerləşən "Yahşi Cafe"ə gedib orada əylənirik. Gazi Universitetində isə, təəssüf ki, qeyd edilmir".
Şotlandiyanın Aberdeen Universitetində təhsil alan İsmayıl bildirir ki, xaricdə oxuduğu müddətdə bayrama bir-iki həftə qalmış universitetdə elan verirdik. O, deyir ki, akt zalını götürüb 1 ay öncədən Novruza hazırlaşırdıq:
"Milli rəqslər, musiqilər təşkil edir və Bakıdan yeməklər sifariş verirdik. Şirniyyatlar gətirilirdi. Hər il böyük tədbir keçirirdik. Xarici tələbələr, müəllimlər də gəlib iştirak edirdilər. Ayın 20- i isə uşaqlarla haradasa yığışırdıq.Britaniyada tonqal qalanmırdı. Hansı şəhərdə azərbaycanlı çox idisə orda ola bilsin tonqal qalasınlar, lakin mən şahidi olmamışam. Bizim şəhərdə azərbaycanlıların oxuduğu universitetlərin əksəriyyətində tədbirlər keçirilirdi.Tədbirlərin sponsorluğunu ya dövlət, ya da SOCAR edirdi. Adətən isə SOCAR öz boynuna götürürdü".
Digər tələbə Nigar Səmədlinin sözlərinə görə bayram universitetdə qeyd olunmur:
"Uşaqlar ev tutub bir araya gəlirlər,yemək hazırlayırlar. Təəssüf ki, bu il mən gədə bilmədim".
Əsmər Qabil
Bu bölməyə aid digər xəbərlər
BMU alimlərindən Tağıyevin fəaliyyəti ilə bağlı dəyərli tədqiqat
2021-04-10 14:58:00
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb - FOTO
2021-04-10 14:42:00
BANM Beynəlxalq təhsil sərgisində təmsil olunub
2021-04-09 18:02:00
BMU-da "Pedaqoji təcrübədə sənədləşmə işi" mövzusunda təlim keçiriləcək
2021-04-09 16:50:00
Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin olundu
2021-04-09 15:38:00
AzTU ilə “ALSTOM Transport Azərbaycan” şirkəti əməkdaşlığa başladı
2021-04-09 14:37:00
BMU-da Vətən müharibəsinin qazisi Pərviz Əliyevlə görüş keçirilib
2021-04-09 14:25:00
Tibb Universitetinin əməkdaşları təltif olunub - SİYAHI
2021-04-09 14:13:00
Əyani təhsil alan tələbələrlə əmək müqaviləsi bağlana bilər? - Xidmət rəisi açıqladı
2021-04-09 13:49:00
UNEC-də “Bərk məişət tullantılarının çeşidlənməsi” mövzusunda maarifləndirici tədbir keçirilib
2021-04-09 12:12:00
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
2021-04-08 10:12:00
“Bu tarixdən ənənəvi tədrisə qayıda bilərik” – Emin Əmrullayev açıqladı

2021-04-07 13:16:00
Məktəbdaxili qiymətləndirmə bu tarixdə keçiriləcək

2021-04-05 10:13:00
Yalnız bu halda ənənəvi tədrisə qayıdılacaq

2021-04-02 13:48:00
Təhsil Nazirliyi digər regionlarda əyani təhsilin davam etməsi məsələsinə aydınlıq GƏTİRDİ

2021-04-02 11:00:00
Hazırda müəllim işləyənlər builki MİQ-də iştirak edəcəklər?- RƏSMİ CAVAB

2021-04-02 12:00:00
MİQ-in kurikulumla bağlı suallarında müsbət yenilik ediləcək – RƏSMİ

2021-04-06 10:31:00
Əvvəlki ilin məzunlarına buraxılış vərəqəsilə bağlı vacib XƏBƏRDARLIQ-DİM

2021-04-06 11:07:00
Qarabağa gedəcək müəllimlərə nə kimi güzəştlər olunmalıdır-Təkliflər

FACEBOOK