Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-18 15:03:49
AzMİU-da növbəti elmi seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMiU) Bina və qurğuların istismarı və rekonstruksiya kafedrasında elmi seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki. universitetin professor-müəllim heyəti və gənc tədqiqatçıların iştirakı ilə keçən elmi seminarda kafedranın müdiri İlqar Əliyevin “Mürəkkəb qaz kəmərlərinin səmərəli istismar rejiminin seçilməsi yolu ilə rekonstruksiyası” mövzusunda məruzəsi dinlənilib. 

 

Məruzədə kafedra müdiri tərəfindən qeyri-stasionar qaz nəqlinin səmərəli istismar şərtlərinin seçilməsi məqsədilə rekonstuksiyasında mövcud tədqiqatların təhlili və ümumiləşmiş metodları təqdim olunub. 

 

Tətqiqatçı analitik metodlardan istifadə edərək qeyri-xətti diferensial tənliklər sisteminin analizi, paralel boru xətlərinin başlanğıc və sonunda sabit təzyiqin saxlanılması, boru xətlərinin sərfinin dəyişməsi və onun istismar şərtində qeyri-syasionar qazodinamik proseslərin təhlilini aparıb, yekunda əldə olunan nəticələri diqqətə çatdırıb. 

 

Məruzədə mövzu ilə bağlı geniş müzakirə aparılıb və İlqar Əliyev tərəfindən iştirakçıların sualları cavablandırılıb.