![](https://azedu.az/uploads/news/2024/04/azedu.az_1-muq_567.jpg)
Bakı Mühəndislik Universiteti (BMU) ilə “BS-Avtomatika” MMC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Universitetdən AzEdu.az-a bildirilib ki, rektor Yaqub Piriyevlə MMC-nin direktoru Pünhan Seyidovun imzaladığı sənəd universitetdə avtomatika, elektronika və energetika yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlığında tərəflərin maddi-texniki bazalarından və insan resurslarından qarşılıqlı istifadə üzrə əməkdaşlıq məqsədi daşıyır.
Bir çox istiqamətləri ehtiva edən razılaşmaya əsasən, ali təhsil müəssisəsi və MMC universitetin kitabxana-informasiya sisteminin informasiya resurslarının zənginləşdirilməsi, tələbələrin istehsalat təcrübəsinin, həmçinin “BS-Avtomatika”nın istehsal sahələrinə ekskursiyalarının təşkili, ixtisaslaşdırılmış iş yerlərinin yaradılması, müvafiq avadanlıq və proqram təminatı ilə təchiz edilmə layihəsinə dəstək, məzunlar üçün karyera imkanlarının yaradılması və s. kimi sahələrdə əməkdaşlıq edəcəklər.
Bundan əlavə, MMC-nin rəhbər və aparıcı mütəxəssislərinin tədris prosesinə, eləcə də tələbələrin buraxılış işlərinə və magistrlik dissertasiyalarına rəhbərliyə cəlbi nəzərdə tutulur. Bu məqsədlə “BS-Avtomatika”nın binasında universitetin Avtomatika, telekommunikasiya və energetika kafedrasının filialının yaradılması, orada BMU mütəxəssisləri tərəfindən MMC-nin xidmət göstərdiyi strukturların əməkdaşlarına müxtəlif kursların proqramları çərçivəsində təlimlərin keçirilməsi planlaşdırılır.
İmzalanma mərasimi tərəflər arasında maraq doğuran digər məsələlər üzrə geniş fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)