![](https://azedu.az/uploads/news/2024/04/azedu.az_001-16.04.2024-1_145.jpg)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Ətraf mühiti qoruyaq” devizi altında "Birlikdə planetimizi yaşıllaşdıraq" adlı ekoloji layihəyə start verilib.
AzEdu.az xəbər verir ki, "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş layihə çərçivəsində ilk tədbir 15 aprel Ekoloji Biliklər Günündə 229 nömrəli tam orta məktəbdə baş tutub.
Tədbirdə BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elvira Mirzəyeva, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Öncə 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri incəsənət” dərnək üzvlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edənlər şagirdlərin ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsinə dəstək verilməsi baxımından bu cür layihələrin əhəmiyyətindən danışıblar.
Sonra 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məktəb teatrı” dərnək üzvlərinin hazırladığı “Təmiz planet” interaktiv kukla tamaşası nümayiş olunub.
Mərkəzin və məktəbin ekodəstələri tərəfindən həyətyanı sahədə ekoloji təmizlik işləri aparılıb, çoxsaylı güllər əkilib.
Layihənin ilin sonunadək bir sıra digər məktəbləri də əhatə etməsi nəzərdə tutulur.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)