Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-27 11:50:00
“Doktorantura” metodik vəsaiti nəşr edilib

Dövlət İmtahan Mərkəzi tərəfindən xarici dillər üzrə doktorantura və dissertantura səviyyəsində keçirilən imtahanlara hazırlaşanlar üçün “Doktorantura” metodik vəsaiti nəşr edilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, metodik vəsait doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə keçirilən imtahanlara (qəbul və fəlsəfə doktoru) hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahanla əlaqədar qaydalar, proqramlar, tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib. Metodik vəsaitdə istifadə olunmuş materiallar Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə Sindikatının, həmçinin ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilmiş, onların rəy və tövsiyələri nəzərə alınıb.

 

Xüsusi buraxılışı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.