Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-23 09:20:00
 Müqəddəs kitablarla bağlı BMT qərarı UNESCO-ya əlavə edilib

 

Türkiyənin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) müqəddəs kitablarla bağlı qərarı UNESCO-nun qərarına əlavə edilib.


AzEdu.az TRT Haber-ə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının qətnaməsi müqəddəs kitablara qarşı cinayətləri beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.

 

Bu qətnamə bundan sonra BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) irqçilik, ayrı-seçkilik və nifrətlə bağlı qətnaməsində də öz əksini tapacaq.

 

Xatırladaq ki, 2023-cü ilin iyulunda BMT Baş Assambleyası Mərakeşin təqdim etdiyi qətnaməni yekdilliklə qəbul edərək, dini inanclarına görə insanlara, müqəddəs kitablara və dini yerlərə qarşı hər cür zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyıb.