Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 13:43:52
Hər il martın 14-də qeyd olunan “Pi” günü

Dünyada məktəblilərdən tutmuş alimlərə qədər bütün riyaziyyat həvəskarları 14 martda “Pi” gününü qeyd edirlər. Pi ədədinin ən çox istifadə olunan bəsit qiyməti 3,14-dür.

 

AzEdu.az xəbər verir ki, “Pi” günü ilk dəfə 1988-ci ildə fizik Larri Şounun San-Fransiskodakı Exploratorium elm muzeyində qeyd olunub. 2009-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası riyaziyyat və elmə marağı daha çox stimullaşdırmaq üçün hər il martın 14-nü “Pi” günü elan edib.

 

“Pi” çevrənin uzunluğunun onun diametri ilə nisbətinə bərabər olan riyazi sabitdir. O, həm də sonsuzdur, yəni riyazi olaraq irrasionaldır. Rəqəmsallaşmadan çox-çox əvvəl İsaak Nyuton kimi alimlər “Pi”ni hesablamaq üçün çox vaxt sərf ediblər. Müasir dövrdə mürəkkəb kompüterlərdən istifadə edilərək “Pi” üçün sonu olmayan trilyonlarla ədədlər tapılıb. Bu ədəd “periferiya” və “perimetr” sözlərindəki ilk hərfə görə “Pi” adlanıb.

 

“Pi” antenanı peykə doğru yönəltmək üçün açar hesab olunur. O, emal avadanlığı üçün lazım olan nəhəng silindrin ölçüsündən tutmuş printerlərdə istifadə olunan kağız rulonlarının ölçüsünədək hər şeyi anlamağa kömək edir. NASA orbitlərin, planetlərin və digər göy cisimlərinin mövqelərini, raket hərəkətini, kosmik gəmilərlə əlaqəni ölçmək üçün “Pi”dən istifadə edir. Alimlər onun yalnız doqquz rəqəmindən istifadə edərək Yerin çevrəsini dəqiq hesablaya biliblər.

 

NASA hər il online formatda “Pi Günü Müsabiqəsi” keçirir və iştirakçılara bununla bağlı çoxlu oyun və tapmacalar təklif edir.