Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 11:34:37
Bakı Elm Olimpiadasının I mərhələsi keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadasının  I mərhələsi martın 9-da  keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, III Bakı Elm Olimpiadasının I mərhələsi 20 nömrəli məktəb-liseydə təşkil olunacaq.

 

Olimpiadanın I mərhələsində iştirak etmək üçün 672 şagird  elektron qeydiyyatdan keçib. Şagirdlər komanda şəklində biliklərini sınayacaqlar.

 

IX və X sinif şagirdləri arasında keçiriləcək olimpiadanın I mərhələsində iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetirəcəklər.

 

Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsinə vəsiqə qazanacaq.

 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.