Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 10:05:46
RFO-nun yarımfinal turunda ən yaxşı nəticə göstərən kənd məktəblərinin adları AÇIQLANIB

Respublika Fənn Olimpiadalarının (RFO) respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, şagirdləri final turda iştirak hüququ qazanan kənd tam orta məktəblərin siyahısı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, “Azərbaycan müəllimi” qəzeti Təhsil İnstitutuna istinadən ən yaxşı nəticə göstərən sözügedən 10 ümumtəhsil müəssisəsini təqdim edir:

 

1. Neftçala rayonu, Aşağı Surra kənd Z.Əsgərov adına tam orta məktəb (finala keçən şagird sayı 7);

 

2. Saatlı rayonu, Əlisoltanlı kənd M.Əliyev adına tam orta məktəb (finala keçən şagird sayı 3);

 

3. Tovuz rayonu, Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəb (finala keçən şagird sayı 3);

 

4. Qəbələ rayonu, Həmzəli kənd tam orta məktəb (finala keçən şagird sayı 3);

 

5. Abşeron rayonu, Masazır kənd 2 nömrəli tam orta məktəb (finala keçən şagird sayı 3);

 

6. Masallı rayonu, Siğdaş kənd tam orta məktəb (finala keçən şagird sayı 3);

 

7. Şəmkir rayonu, Sabirkənd S.Rüstəmov adına tam orta məktəb (finala keçən şagird sayı 3);

 

8. Saatlı rayonu, Varxandkənd kənd Ə.Şüküroğlu adına tam orta məktəb (finala keçən şagird sayı 3);

 

9. Cəbrayıl rayonu, Tatar kənd tam orta məktəb (finala keçən şagird sayı 3);

 

10. Oğuz rayonu, Xaçmaz kənd M.F.Axundov adına 1 nömrəli tam orta məktəb (finala keçən şagird sayı 3).

 

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu 24 fevral 2024-cü il tarixində keçirilib. Ümumilikdə 10997 şagird yarımfinal turunda iştirak edib, 986 şagird turu uğurla başa vuraraq final mərhələsində iştirak hüququ qazanıb.

 

RFO-nun final mərhələsi may ayında baş tutacaq. Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.