Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 09:33:30
Abituriyentlərin diqqətinə! - Bu ixtisas qrupunda keçid balları ENƏCƏK

Türkiyə-Azərbaycan Universitetinin əsas prioriteti texniki-texnoloji ixtisaslar üzrə kadr hazırlığı olacaq. Bu isə öz növbəsində I ixtisas qrupu üzrə qəbulun aparılacağından xəbər verir.

 

Həm Qarabağ, həm də Türkiyə-Azərbaycan Universitetində eyni ildə tədrisin başlaması keçid ballarına nə qədər təsir edəcək?

 

Mövzu ilə əlaqədar təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a bildirib.

 

Ekspert bildirib ki, plan yerlərinin artırılması bəzi ixtisaslar üzrə keçid ballarına təsir edəcək:

 

“Türkiyə-Azərbaycan Universitetinə qəbul  əsasən I ixtisas qrupu üzrə, “Qarabağ" Universitetində isə bütün ixtisas qrupları üzrə qəbul keçiriləcək. Yeni universitetlərin təsis edilməsi ilə birgə plan yerlərinin 60.000-ə çatdırılması gözlənilir. Nəzərə alsaq ki, ötən il 57.000-ə yaxın  qəbul yeri ayrılmışdı. Plan yerlərinin artırılması, xüsusilə də texniki və texnoloji ixtisaslar üzrə hər iki universitetdə qəbulun aparılması I ixtisas qrupunun riyaziyyat-informatika (Rİ) altqrupunun keçid ballarına təsir edəcək. Ancaq düşünürəm ki, bu bütün universitetlərə şamil deyil, çünki bəzi universitetlərdə plan yerləri azdır və onlar daha keyfiyyətli təhsil verirlər. Bu baxımdan da həmin ali təhsil müəssisələrinin ixtisaslar üzrə formalaşan keçid ballarında enmə gözlənilmir.

Bu il gözləntimiz ondan ibarətdir ki, keçid ballarında bəzi ixtisaslar üzrə enmələr müşahidə oluna bilər, amma prestijli ixtisaslarda bunu demək təəssüf ki, mümkün deyil”.