Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-25 12:58:00
Sabah Bakıda hava küləkli olacaq, rayonlara qar yağacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 1-6° şaxta olacaq.


Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.