Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 16:30:46
Məktəbdə tədbir: "Biz sənə dönürük, Xocalı!"

Bu gün məktəbimizdə "Biz sənə dönürük, Xocalı !" adlı tədbir keçirildi. VII-X sinif şagirdlərinin iştirakı və məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Gülnar Kərimovanın təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra Xocalıda və ümumilikdə, Qarabağda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

AzEdu.az xəbər verir ki, tədbir şagirdlər tərəfindən soyqırım aktı barədə verilən məlumatlar, deyilən şeir kompozisiyaları və tərtib edilmiş videoroliklə davam etdi. 

 

Tədbirə bir sıra qonaqlar dəvət edilmişdi. Belə ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Əməkdar Jurnlisti Elşad Eyvazlı,  Azərbaycan mədəniyyət işçisi, Tarix üzrə fəlsəfə doktoru, İnformasiya və sənəd menecmenti sahəsini tədris edən müəllimə, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü İradə xanım Əlili, Xocalı şahidi Eldəniz Ağayev qonaq qismində iştirak edirdilər. Xatırladaq ki, E. Ağayev ailəsi ilə bərabər 8 gün əsir həyatı yaşamışdır. Ailə üzvlərindən bacısı Dürdanə Ağayeva "Erməni Zindanında 8 Gün", "Yarımçıq Qalmış Ömür...", "Xocalı Şəhidləri 613" kitablarının müəllifidir.

 

Tədbirdə çıxış edən məktəbimizin direktoru Leyla Fətiyeva, qonaqlara dəvəti qəbul edib gəldikləri üçün öz minnətdarlığını bildirdi, iştirak edən şagirdlərə təşəkkür etdi və çıxış üçün sözü qonaqlara verdi. 

 

"Böyüməyən uşaqlar" qısametrajlı filminin və eyniadlı kitabın müəllifi Elşad Eyvazlı şagirdlərin vətənpərvər çıxışlarından məmnun qaldığını bildirdi.

 

12 dilə tərcümə edilmiş "Xocalı: şahidlər danışır!" kitabının müəllifi İradə Əlili soyqırım qurbanlarının yaxınlarının ailəsi ilə artıq uzun illərdir doğma münasibət saxladıqlarını, bu dərdin təkcə xocalıların deyil, hamımızın dərdi olduğunu söylədi. 

 

Xocalı şakini Eldəniz Ağayev yaşadıqları, ona yaşadılanlar, başına gələnlər barədə şagirdlərə faktlarla danışdı. O çıxışında bildirdi ki, bu soyqırım, bu faciə 32 il keçməsinə baxmayaraq, hələ də ilk günkü kimi qandondurucudur və o şaxtalı gecənin soyuğu ilə yoğrulan hissləri hər dəfə xatırlamaq ruhumuzu üşüdür, canımızı yandırır. Şahid böyük qürur hissi ilə 23 saata işğaldan azad olan Xocalıya geri dönmək, ata-baba yurdunda yaşamaq arzusunu dilə gətirdi.

 

Sonda UBTR G. Kərimova qonaqlara, məktəbin rəhbərliyinə və şagird kolletivinə təşəkkür edərək tədbiri bağlı elan etdi.