Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 10:58:07
Əlilliyi olan 2300-dən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar ayında 18 yaşadək əlilliyi olan 2309 uşağa reabilitasiya xidmətləri göstərilib.

 

AzEdu.az xəbər verir ki, onlardan 161 nəfəri stasionar, 1406 nəfəri ambulator, 114 nəfəri icma əsaslı, 567 nəfəri onlayn, 22 nəfəri ippoterapiya, 39 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

 

Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.