Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 11:26:17
Xaricdə təhsil almış 1000-dən çox şəxsin diplomu tanınmayıb

Keçən il xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə ümumilikdə 7 021 müraciətin ekspertizası keçirilib ki, onlardan 5 868-nə müsbət, 1 153-nə isə mənfi rəy verilib.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, həmin müddətdə 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib: "Ümumilikdə qiymətləndirilmə və tanınma nəticəsində 10 peşə ixtisası üzrə 171 nəfər vətəndaşa 330 ədəd peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib".