Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 14:20:00
Qəbul imtahanları: Keçid balları arta bilər? 

Fevralın 11-i Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə DT (Dil tarix), TC (Tarix coğrafiya) alt qrupu üzrə sınaq imtahanı keçirilib.

 

İmtahanın cavabları hələ elan olunmasa da, abituriyentlər arasında müəyyən fikirlər formalaşıb.

 

Bəs, görəsən, bu il III ixtisas qrupu üzrə balların enməsi müşahidə oluna bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev qeyd edib ki, cəmiyyətdə əsassız yerə keçid ballarının enəcəyi ilə bağlı informasiya yayılıb:

 

“Balların enməsi ilə bağlı yayılan bu əsassız xəbər abituriyentlərdə rahatlıq yaradır ki, bu da özlüyündə yaxşı nəticələnməyə bilər. Ümumilikdə hər il bir qayda olaraq müəyyən ixtisasların balı enir, müəyyən ixtisasların balı isə artır. Balların enməsi və artması abituriyentlərin topladığı nəticələrə, eləcə seçdikləri ixtisasa görə dəyişir. Hazırda III qrup üzrə balların vəziyəti ilə bağlı dəqiq fikir demək mümkün deyil. Çünki bunu proqnozlaşdırmaq üçün imtahan nəticələrinin statistikasına ehtiyac var. Ancaq təxmini olaraq deyə bilərəm ki, yeni açılacaq Qarabağ Universitetində plan yerlərinə, eləcə də digər univeristetlərin plan yerlərinin artırılmasına əsasən ixtisaslarda balların enməsi gözlənilə bilər”.

 

Ekspert qeyd edib ki, III ixtisas qrupu üzrə həmişə rəqabətin çox olması riyaziyyat fənninin II qrupda olmağıdır:

 

“Abituriyentlər üçün riyaziyyat fənni daha çətin gəldiyindən onlar əsasən III qrupa üz tuturlar. Bu səbəbdən də III ixtisas qrupunda rəqabət çox olur. Abituriyentlərə tövsiyəm ondan ibarətdir ki, DT, həm də TC alt qrupundan imtahan versinlər. Çünki bu halda abituriyentlər topladığı bala əsasən hər iki alt qrupa aid olan ixtisaslar üzrə seçim edə bilirlər”.