Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 11:12:00
ADNSU-da məzunların 85 faizdən çoxu işlə təmin olunur

Ali təhsil müəssisələrini bitirən tələbələrin işsizlik porblemləri zaman-zaman aktuallığını qoruyur.

 

Maraqlıdır, son 2 ildə universitet məzunlarının neçə faizi işlə təmin olunub?

 

Bununla bağlı AzEdu.az təhsil portalı olaraq universitetlərə sorğu ünvanlandıq.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Neft və Sənayə (ADNSU) univeristetinin  İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov qeyd edib ki son 2 ildə məzun olan tələbələrin işlə təmin olunma faizi 85 faizdən yuxarıdır:

 

“Onu qeyd edim ki, Quacquarelli Symonds (QS) Dünya Universitetlərinin Reytinq Siyahısı 2024-cü il üçün “QS Dünya Universitetlərinin Reytinq Sıralamasını” nı açıqlayıb. QS Dünya Universitetlərinin Reytinq Sıralaması 9 göstərici əsasında müəyyən edilir. Bu göstəricilər arasında ən yenilərindən biri “Məşğulluq” göstəricisinə aiddir və göstəriciyə görə ADNSU dünya universitetləri arasında 271-ci və Azərbaycan universitetləri arasında 1-ci yerdədir. Yəni göründüyü kimi, ADNSU QS reytinqində ali təhsil müəssisələri arasında dünya universitetləri arasında 271-ci və Azərbaycan universitetləri arasında 1-ci yerdədir.

 

Bundan əlavə məzunlarla mütəmadi əlaqə, o cümlədən sorğular nəticəsində deyə bilərik ki, son bir ilə, işlə təmin olunanların sayı 92 faizə yaxındır. Son iki il üçün isə yuxarıda qeyd etdiyim, 85 fazin üstündədir”.