Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-14 14:31:00
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirilib

DİM tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçirilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahanın idarə olunması üçün 11 imtahan rəhbəri və 71 zal nəzarətçisi ayrılıb.

 

İmtahanla bağlı DİM-də operativ qərargah fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub. İlkin məlumatlara əsasən, 2 nəfərin üzərində mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

 

Xarici dil fənni üzrə esselərin yoxlanılması ilə əlaqədar imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, bu gün saat 17:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.