Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-07 17:16:00
Azərbaycan IELS 2025-in sınaq mərhələsində iştirak edir

IELS 2025-in (Beynəlxalq Erkən Öyrənmə və Uşaq Nailiyyəti Tədqiqatı) sınaq mərhələsinin təşkilinə başlanılıb. Sınağın 2024-cü ilin fevral – mart aylarında keçirilməsi nəzərdə tutulub. 

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, tədqiqatın sınaq mərhələsində Bakı və Sumqayıt şəhərləri üzrə 40 təhsil müəssisəsindən 600-ə yaxın təhsilalanın iştirakı planlaşdırılıb.

 

Ölkə üzrə 5 yaşlı uşaqların bilik və bacarıqlarını ölçməyə, həmçinin digər ölkələrdəki eyniyaşlı uşaqların səriştələri ilə müqayisə aparmağa imkan yaradan IELS İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilir.

 

Qeyd edək ki, ölkəmiz IELS tədqiqatında ilk dəfə iştirak edir.