Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-08 16:02:37
UNEC-də Heydər Əliyevin neft strategiyasına həsr olunan tədbir...

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə UNEC-də təşkil olunan növbəti görüş Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovla keçirilib.

 

Bu barədə univeristetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, UNEC kollektivi ilə görüşdə Valeh Ələsgərov ulu öndər Heydər Əliyevin ölkəmizdə apardığı uğurlu neft siyasəti barədə önəmli məqamları açıqlayıb. O, “Əsrin müqaviləsi”nin ərsəyə gəlməsi, Neft Fondunun yaradılması, neftin hasil edilməsi və dünya bazarına ixracı siyasəti, neftdən əldə olunan gəlirlərin istifadəsi, eləcə də ölkəmizin güclü dövlət kimi formalaşmasının təminatı olan bu mühüm layihənin işlənməsi və idarəedilməsində Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. “Əsrin müqaviləsi”nin ölkə üçün həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıdığını bildirən V.Ələsgərov bu layihənin reallaşdırılmasında ən mühüm faktorun məhz Heydər Əliyev şəxsiyyəti, fenomeni olduğunu deyib. V.Ələsgərov Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyevin ölkəyə qayıtması ilə başladığını, bu dahi şəxsiyyətin atdığı hər bir addımın Azərbaycanın suverenliyinin təmin edilməsinə yönəldiyini diqqətə çatdırıb.

 

UNEC rektoru, professor Ədalət Muradov maraqlı və dəyərli çıxışına görə Valeh Ələsgərova təşəkkürünü bildirərək, ulu öndərin 100 illiyi münasibətilə təşkil olunan görüşlərin ümummilli liderin zəngin irsinin öyrənilməsində mühüm rol oynadığını vurğulayıb.

İştirakçıların böyük maraqla dinlədikləri tədbir sualların cavablandırılması ilə davam edib.