Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-08 11:55:54
TƏBİB-dən qızılca ilə bağlı çağırış: Evdə müalicə etməyin!

Qızılcaya yoluxan xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə edilmələri düzgün hesab edilmir.

 

AzEdu.az xəbər verir ki, bunu Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, xəstəyə ixtisaslı həkimlərin baxmasına ehtiyac var:

 

“Bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik”.

 

TƏBİB sədri həmçinin qızılca ilə bağlı valideynlərə çağırış edib:

 

“Valideynlər və vətəndaşlar övladlarında qızılca ilə bağlı hansısa simptomun olduğu görəndə tibb müəssisələrimizə müraciət etsinlər”.