Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-05 14:14:36
UNEC yenə reytinqlərdə BİRİNCİDİR
İkinci dəfə hazırlanan QS Dayanıqlılıq Reytinqi 2024 (QS Sustainability Ranking) açıqlanıb.
 
 
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov rəsmi feysbuk səhifəsində paylaşım edib. 
 
 
Bildirib ki, UNEC dünyada 1051-1100-cü, Asiyada 327-ci, Azərbaycanda isə 1-cidir:
 
 
"UNEC ilk dəfə bu reytinqdə yer alıb. Reytinqdə 95 ölkədən 1403 (keçən il - 700) universitet iştirak edir. QS Dayanıqlılıq Reytinqi üç əsas hissədən ibarətdir: (1) Ətraf mühitə təsir faktoru; (2) Sosial təsir faktoru; (3) İdarəetmə. UNEC 1-ci hissədə "Ətraf mühit dayanıqlılığı" göstəricisi üzrə dünyada 305-ci; 2-hissədə "Bərabərlik" göstəricisi üzrə 638-ci və "İdarəetmə" göstəricisi üzrə isə 504-cüdür. QS Dayanıqlılıq Reytinqini müəyyən etmək üçün istifadə edilən məlumatların 29%-i universitetlər tərəfindən təqdim edilir, 71%-i isə QS tərəfindən rəsmi mənbələrə və ölkənin dayanıqlılıq üzrə beynəlxalq reytinq göstəricilərinə istinadən toplanır. QS Dayanıqlılıq Reytinqi QS Dünya Reytinqində (QS World University Rankings) 5% paya malikdir".