Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 12:06:00
DİM fənlər üzrə test toplularının 2-ci hissəsini nəşr edib
Azərbaycan dili, riyaziyyat, ingilis dili fənləri üzrə test toplularının 2-ci hissəsi də nəşr olunub.
 
 
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.
 
 
Toplulara Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda istifadə olunmuş, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş test modelləri daxildir. Tapşırıqların 25 faizi isə heç bir imtahanda istifadə olunmayıb.
 
Test toplularını "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
DİM-in nəşrləri barədə ətraflı məlumatı redaksiyanın rəsmi səhifələrindən əldə edə bilərsiniz.