![](https://azedu.az/uploads/news/2023/12/azedu.az_1_(26)_326.jpg)
Noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “ÇASGEM”-ın (Çalışma ve Sosyal Güvenlik Eğitim ve Araştırma Merkezi) nümayəndələri ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, qonaqları universitetdə salamlamaqdan məmnun olduğunu deyən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov universitet, tədris prosesi, ixtisaslar, beynəlxalq əməkdaşlıq əlaqələri, həmçinin ikili diplom proqramları və layihələr haqqında məlumat verib. Türkiyə ali təhsil müəssisələri və qurumları ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışan dosent Vazeh Əskərov “ÇASGEM” ilə əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.
Qonaqpərvərliyə və diqqətə görə təşəkkürünü bildirən Türkiyənin Əmək və Sosial Müdafiə Təlim və Araşdırma Mərkəzinin rəhbəri Elif Gökçearslan təmsil etdiyi qurumun fəaliyyəti haqqında ümumi məlumat verib. O, ADNSU ilə bir çox sahələrdə, xüsusilə də neft-kimya sahəsində peşə hazırlığının, distant təlimlərin keçirilməsində birgə təcrübədən yararlanmaqda və birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, neft-kimya sahəsində təcrübələrini bölüşməyə hazır olduqlarını qeyd edib.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Görüşdən sonra türkiyəli qonaqlar ADNSU-da şəhidlərin abidə kompleksini ziyarət ediblər, Azərbaycan-Türkiyə Dostluq Mərkəzi ilə tanış olublar.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)