![](https://azedu.az/uploads/news/2023/11/azedu.az_IMG_2398_796.jpg)
Bu gün Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun anım günüdür. 3 il öncə Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan Vüsal Kazımovun ruhuna ehtiram əlaməti olaraq bu gün Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov başda olmaqla universitetin kollektivi şəhidin məzarını ziyarət edərək önünə təzə-tər qərənfillər düzüblər.
Məzarı önündə şəhid baş leytenant Vüsal Kazımovun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən, döyüş yolundan, xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açılıb, ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhid Vüsal Kazımov LDU-nun sosial məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru, prof. Kamran Kazımovun oğlu, universitetin “Xarici dillər” kafedrasının müəllimi Aysel Kazımovanın həyat yoldaşıdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kamran oğlu Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Vüsal Kazımov Vətən müharibəsinə yollananda yeni doğulan Aynurun indi 3 yaşı var, böyük qızı Nuray isə 8 yaşındadır…
Allah rəhmət eləsin!
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)