![](https://azedu.az/uploads/news/2023/11/azedu.az_1_(22)_(1)_437.jpg)
Ölkəmizə səfərləri çərçivəsində Almaniyanın “Siemens Energy” şirkətinin Elm və texnika bölməsinin rəhbəri Yaşar Musayev və “DCH” Şirkətlər Qrupunun baş icraçı direktoru Gang Zhang Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
AzEdu.az xəbər verir ki, “Siemens Energy”nin dünyada və ölkəmizdə uzunmüddətli fəaliyyətini diqqətə çatdıran Yaşar Musayev təmsil etdiyi şirkətin ali təhsil müəssisələri ilə əməkdaşlığa, xüsusilə birgə tədqiqatların yerinə yetirilməsinə önəm verdiyini bildirib.
Geniş təqdimatla çıxış edən Gang Zhang rəhbərlik etdiyi şirkətlər qrupunun dünyada günəş enerjisi texnologiyaları sahəsində aparıcı şirkətlərdən biri olduğunu bildirib. O, “DCH”in bərpa olunan enerji sahəsində davamlı olaraq texnoloji yeniliklər həyata keçirdiyini də diqqətə çatdırıb.
AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara məlumat verən rektor Vilayət Vəliyev Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi baxımından yaşıl enerji texnologiyalarının tətbiqinin genişləndirilməsinə xüsusi diqqət ayrıldığını bildirib. Rektor ölkədə texniki sahədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin sözügedən istiqamətdə tədris və tədqiqat fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra AzTU ilə şirkətlər arasında tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)