Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 12:49:00
Ülkər Səttərova: “Distant təhsil o qədər də effektiv deyil”

"Distant təhsillə bağlı əsas problemimiz, bu təhsilin meyarlarının ölkəmizdə mövcud olmamasıdır".

 


AzEdu.az xəbər verir ki, bunu Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova Elm və Təhsil Nazirliyinin "Effektiv kommunikasiya" mövzusunda seminardakı çıxışı zamanı deyib:

 


“Pandemiya dövründə biz bu işin öhdəsindən gələ bildik. Lakin ETN-də bu bu barədə analiz də keçirilib və məlum olub ki, distant təhsildə məlumatların mənimsənilməsi faizi yüksək deyil. Çünki formal olaraq çox tələbə-şagird dərsə daxil olur, ancaq dərsi dinləmir. Bunu idarə etmək çətindir. Neçə tələbə həqiqətən də dinləyir? Bu sual altındadır.

 

Digər bir məsələ isə hər bir ixtisasa distant təhsili tətbiq etmək mümkün deyil. Misal olaraq deyə bilərik ki, Türkiyədə zəlzələ zamanı tələbələr distant təhsilə keçdilər, ancaq tibb və başqa tətbiqi sahələrin tələbələri üçün bu sistemi tam tətbiq etmək mümkün deyil”.