Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-21 09:30:00
Şəhid xanımları təhsil haqqından azaddır? - QANUN 

Universitetlərdə təhsil haqqından azad olan kateqoriyalara şahid ailələri də daxildir.  “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azaddırlar.

 

Təhsil almaq istəyən şəhid xanımlarının maraqlandığı suallardan biri, ali təhsil almaq istədikləri zaman təhsil haqqından azad olub, olmamaları ilə bağlıdır. 

 

AzEdu.az mövzunu aydınlaşdırmaq üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

 

Nazirlikdən bildirilib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilən şəxslər (həyat yoldaşı və digər sadalanan şəxslər) qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli formada təhsil aldıqda, onlar təhsil haqqını ödəməkdən azad olunurlar.

 

Qeyd edək ki, özəl ali təhsil müəssisələrində isə bu qanun universitetin öz daxili nizamnamələrinə uyğun müəyyənləşdirilir.