Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-16 14:18:00
“Deputatların təhsili”: Fazil Mustafa harada oxuyub?  

AzEdu.az “Deputatların təhsili” rubrikasına davam edir.

 

Budəfəki müsahibimiz Milli Məclisin deputatı Fazil Mustafa haqqındadır.

 

Deputat ilk növbədə orta təhsili barədə məlumat verib:

 

“Orta təhsilimi 1-5-ci siniflərdə Naxçıvan şəhər 7 saylı Eynallı Sultanov adına orta məktəbdə almışam. Daha sonra 10 saylı Əli Sultanlı adına orta məktəbdə 5-10-cu siniflərdə təhsilimə davam edib, həmin məktəbin məzunu oldum. Orta məktəbi bitirdikdən sonra 2 dəfə ali məktəbə imtahan vermişəm. Lakin müvafiq qiymətlər alsamda, konkursdan keçə bilməmişəm. Hərbi xidmətdən döndükdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil oldum”.

 

Deputat qeyd edib ki, 5 il hüquqşünaslıq üzrə işləyib:

 

“Magistratura və doktarantura təhsili almamışam. O dönəmlər yalnız aspirantura təhsili var idi. Lakin aspirantura təhsilim də yoxdur. 5 il müddətində hüquqşünaslıq ixtisası üzrə fəaliyyət göstərdim. Dövlət-Hüquq şöbəsinin müdiri olaraq Prezident Aparatında çalışmışam. Bütövlükdə onu qeyd edə bilərim ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi o dövrdə təhsil almaq üçün böyük imkanlar yaradırdı”.

 

Həmsöhbətimiz son olaraq tələbəlik illərində qazandığı təcrübələrdən danışdı:

 

“Təhsil aldığım dövrdə maraqlı müəllimlərlə ünsiyyətim oldum. Yadda qalan çox sayda xatirələrim var. Xüsusilə də universitetdə oxuduğum vaxtlar tələbə hərəkatının qaynar dövrünə təsadüf etdi. Bütün proseslərdə aktiv rol aldım. Hesab edirəm ki, çox dəyərli müəllimlərlə qarşılaşmışam. Onlardan çox yaxşı və pis təcrübələr qazandım. Bu təcrübələri gələcək işimdə də müəyyən mənada nəzərə aldım. Düşünürəm ki, universitet təhsilim kifayət qədər məlumatlar əldə etməyimə səbəb oldu. Sonrakı dövrdə mən hüquqşünas ixtisasını fəlsəfə üzrə müdafiə etdim.  2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında namizədlik disertasiyasını müdafiə etdim. Fəlsəfə üzrə fəlsəfə doktoru dərəcəsini aldım. Amma konkret olaraq nə qədər kitablarım, yazılarım olsada, elmi fəaliyyətlə məşğul olmadım”.