Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-06 09:20:00
Quba-Xaçmazın “Örnək müəllimlər”i    

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Quba-Xaçmaz regionlarını əhatə edən həmin 10 müəllimin siyahısı ilə buradan tanış ola bilərsiniz: 

 

1. Gülnar Mirzəyeva - Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin Biologiya müəllimi;

2. Şəfəq Fazilova -Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin Riyaziyyat-İnformatika müəllimi;

3. Fatmaxanım Quliyeva - Quba şəhər Hikmət Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi;

4. Abasət Babayev - Quba şəhər 6 nömrəli tam orta məktəbin Biologiya müəllimi;

5. Tehran İsabalayev -Qusar şəhər Bəhruz Ağaverdiyev adına  1 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;

6. Diana Hüseynova - Qusar şəhər Elxan Güləliyev adına adına  2 nömrəli  tam orta məktəbin Riyaziyyat müəllimi;

7. Natəvan İsbatova - Əzizəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi;

8. Vəfa Məmmədova - Arzu qəsəbə tam orta məktəbin Tarix müəllimi;

9. Zeyvər Cəbiyeva - Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin Kimya müəllimi;

10. İlhamə Sultanova - Şirin İsmayılov adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.