Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 16:35:00
İnformasiya təhlükəsizliyi Azərbaycanda ilin ixtisası seçilib

“Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisasını yaradanda bizə dedilər ki, bu sahəyə ehtiyac yoxdur...”

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

 

“Dünya sürətlə dəyişir və müasir ixtisaslar yaranır. Bakı Ali Neft Məktəbində 6 il əvvəl ilk dəfə olaraq İnformasiya təhlükəsizliyi ixtisasını yaradanda bizdən soruşdular ki, “kompüter mühəndisliyi var, informasiya təhlükəsizliyinə nə ehtiyac var?”. Amma bu gün bizim informasiya təhlükəsizliyində təhsil alan 2-3-cü kurs tələbələri beynəlxalq bankda part-time evdə işləyirlər və yaxşı maaş alırlar. Halbuki 6 il əvvəl yaradanda bizə dedilər ki, ehtiyac yoxdur. Onu da qeyd edim ki, son 5 il ərzində Azərbaycanda ilin ixtisası olaraq İnformasiya təhlükəsizliyi seçildi”- deyə rektor qeyd edib.